“Aranı qarışdıran daxili qüvvələrdir“ - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“Aranı qarışdıran daxili qüvvələrdir“ - Prezident

Dünya

26 Aprel 2022 17:23 382


"Kişinyovun Dnestryanı bölgəni blokadaya almaq niyyəti yoxdur".

Yenisabah.az "NewsMaker.md"yə istinadla xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.

O, Moldovada sülhə xələl gətirmək cəhdlərini pisləyib. pizza sifarişi

“Təhlilimiz göstərir ki, Dnestryanıda vəziyyətin sabitliyini pozmaqda maraqlı olan müxtəlif daxili qüvvələr arasında gərginlik var. Bu fakt regionu həssas edir və Moldova üçün risklər yaradır. Hər hansı təxribatları və Moldovanı ölkədə sülhə xələl gətirə biləcək hərəkətlərə cəlb etmək cəhdlərini pisləyirik. Kişineu hələ də Dnestryanı münaqişənin sülh yolu ilə həllində israrlıdır”.

Prezidentin sözlərinə görə, Dnestryanıda baş verən partlayışlarda daxili qüvvələr iştirak edir, bu qüvvələr bölgəni müharibəyə cəlb etməyə hazırlaşır:

“Hazırda mövcud olan məlumata görə, Dnestryanı bölgənin qüvvələri vəziyyəti gərginləşdirmək cəhdlərində iştirak edir. Bunlar müharibənin tərəfdarı olan qüvvələrdir və sabitliyi pozmaqda maraqlıdırlar”.

Maya Sandu təsdiqləyib ki, Tiraspol hava limanında da partlayışlar baş verib, lakin Moldova hakimiyyətinə hələ də partlayışın səbəbləri məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!