Arayik Arutyunyan: “Qarabağın gələcəyini Rusiyasız təsəvvür edə bilmirəm“

saytların hazırlanması

Evə çatdırılma

Arayik Arutyunyan: “Qarabağın gələcəyini Rusiyasız təsəvvür edə bilmirəm“

Siyasət

21 Oktyabr 2022 14:00 957


“Qarabağın gələcəyini Rusiyanın iştirakı olmadan təsəvvür edə bilmirəm”.

Yenisabah.az xəbər verir ki, bunu Qarabağdakı separatçı tör-töküntüsünün başçısı, terrorçu Arayik Arutyunyan qondarma qurumun televiziyasına müsahibəsində deyib.

“Burada belə bir sual yaranır ki, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır. Lakin münaqişə artıq Ermənistanla Azərbaycan arasında məsələ deyil. pizza hut

Təəssüf ki, uzun müddətdir ki, bu münaqişənin daha dərin əsasları var. Şuşa bəyannaməsi var. Türkiyənin son müharibədə və müharibədən sonra bölgədəki rolu artıb. Ona görə də biz Rusiyadan təkcə sülhməramlı missiya deyil, daha etibarlı təminatlar gözləyirik.

Bu gün, əlbəttə ki, biz beynəlxalq ictimaiyyətin fəaliyyətini alqışlayırıq. Amma açıq şəkildə demək istəyirəm ki, Rusiyanın zəmanəti olmadan Qarabağın gələcəyi mənim üçün şübhəlidir.

Qarabağın özünümüdafiəsi şübhə altına alına bilməz. Ermənistanın artıq Qarabağın müdafiəsində iştirak etməməsinə baxmayaraq, biz bunu təkmilləşdirməyə davam edəcəyik”, – deyə A.Arutyunyan deyib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!