“Arayik Azərbaycanla danışıqlara başlasa, ermənilər onu...” - Sensasiyalı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Arayik Azərbaycanla danışıqlara başlasa, ermənilər onu...” - Sensasiyalı açıqlama

Siyasət

29 Avqust 2023 15:34 1028


“Bu gün Qarabağda yaşayan sadə erməniləri girov götürən bir qrup cinayətkar dəstə təşviş içindədir. Bunun da səbəbi aydındır”. 

Bu sözləri Yenisabah.az-a açqılamasında politoloq, Milli Məclisin sabiq deputatı Abutalıb Səmədov deyib. 

O, son günlər Xankəndidə baş verən klan savaşlarının pərdəarxası məqamlarına toxunub. pizza hut

Siyasi təhlilçi söyləyib ki, bir tərəfdən Rusiya sülhməramlılarının davranışı, digər tərəfdən, Rusiyanın son aylar tutduğu mövqe, nəhayət, BMT Təhlükəsizlik Şurasının iclasının gedişində baş verənlər bu cinayətkar dəstənin ümidlərini tamamilə azaldıb: 

“BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə tələbi dilə gətirmişdi. O, söyləmişdi ki, Azərbaycanın hərəkətləri pislənilməli, “Laçın dəhlizi” dərhal açılmalı, Azərbaycana qarşı hansısa cəza tədbirləri görülməlidir və s. Ancaq hamı gördü ki, BMT Təhlükəsizlik Şurasının əksər və ilk növbədə, Fransa istisna olmaqla daimi üzvlər ermənilərin istəklərinə uyğun olmayan mövqe tutdular. Onlar həm Ağdam-Xankəndi, həm də Laçın yolundan istifadə olunmasının zəruriliyini bildirdilər. Həmçinin humanitar məsələlərin siyasiləşdirilməsinin yolverilməz olduğunu bəyan etdilər. Humanitar məsələləri siyasiləşdirən isə Qarabağ ermənilərinin cinayətkar “liderləri”dir”. 

Eks-millət vəkili xatırladıb ki, həmin iclasdan sonra heç nə dəyişmədi: 

“Qarabağ ermənilərinin “rəhbərləri” başa düşdülər ki, nə ABŞ, nə Böyük Britaniya, nə Çin, nə də Rusiya onların istədiyi mövqeyi tutmayıb və tutmayacaq. Azərbaycan rəhbərliyi öz mövqeyində dönməzdir və Ağdam-Xankəndi yolu açılmayana qədər “Laçın dəhlizi”ndən humanitar yüklərin daşınmasına icazə verməyəcəyini qəti şəkildə söyləyib”. 

Müsahibimizin fikrincə, ermənilər və onlara rəhbərlik edənlər bu gün çıxılmaz vəziyyətdədir: 

“Onlar bir tərəfdən anlayırlar ki, tutduqları qeyri-konstruktiv mövqedən çəkilməlidirlər. Digər tərəfdən isə bu addımları atmağa qorxurlar. Qorxmağın da səbəbi başqa bir cinayətkar dəstənin əhalini terrora sövq etməsidir ki, bu dəstəyə də Rusiyanın bölgədəki missioneri Ruben Vardanyan rəhbərlik edir”. 

O, əlavə edib ki, bu gün Qarabağda belə bir ümidsizlik hökm sürür: 

“Separatçı “rəhbərlər” nə edəcəklərini bilmirlər, onlara qarşı çıxış edənlər isə anlayırlar ki, vəziyyət ağırdır. Onların geri çəkilmək və Azərbaycanın tələblərini qəbul etməkdən başqa yolları yoxdur. Ancaq çox təəssüf ki, həm Ermənistanda, həm də Qarabağın dağlıq hissəsində hakim olan ictimai rəy hələ real addımlar atmağa hazır deyil. Araik Aurtyunyan da dərk edir ki, vəziyyətin tələb etdiyi real addımlar atılsa, Qarabağ ermənilərinin aktiv bir hissəsi bunu qəbul etməyəcək. Baş nazir Nikol Paşinyan da başa düşür ki, Ermənistan hakimiyyəti ortaya qəti mövqe qoyub Qarabağ ermənilərinin Azərbaycanın tələblərinə əməl etməyi istəsə, Ermənistan erməniləri onu başa düşməyəcək. Üstəlik, sentyabrın 17-də İrəvan merliyinə seçkilər keçiriləcək ki, indiki şəraitdə ən xırda ehtiyatsızlığa belə yol vermək istəmirlər”. 

“Hazırda Qarabağ və Ermənistanda vəziyyət belədir. Hadisələrin fonuna nəzər yetirsək, görərik ki, bir tərəfdən, tam ümidsizlik, digər tərəfdən isə real vəziyyətin tələb etdiyi addımları atmaqdan keçirilən qorxu hissi. Bu da uzun müddət davam edə bilməz. Ümid edirəm ki, Qarabağ erməniləri və onları girov saxlayan cinayətkar dəstə yaxın vaxtlarda Azərbaycanın tələblərini icra etməyə başlayacaq”, - A. Səmədov fikirlərini tamamlayıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!