Qondarma rejimin rəhbəri Araik Arutyunyan yenə də sərsəm bəyanatlarla çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səfsəfələr uydurmaqla yanaşı, Ermənistan hakimiyyətini də ittiham etməkdən kənar durmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, Rusiyanın “Interfax” nəşrinə verdiyi müsahibədə deyib:
“Heç bir ölkə bizi öz müqəddəratını təyinetmə hüququndan məhrum edə bilməz. Mən Ermənistan hakimiyyətini bəyanatlarında daha diqqətli olmağa çağırıram. Öz müqəddəratını təyinetmə hüququ beynəlxalq normadır, bizim hüququmuzdur, ondan bu gün də istifadə edirik”. pizza
O qeyd edib ki, bəyanatlardan asılı olmayaraq, “Dağlıq Qarabağ respublikası” öz müqəddəratını təyin etmək uğrunda mübarizəni davam etdirəcək.
A. Arutyunyan əlavə edib ki, o, Bakı ilə dialoqa hazırdır. Onun fikrincə, rəsmi Bakı tanınmamış “DQR”in hüquqlarını nəzərə almalı və bərabərlik prinsipi əsasında hərəkət etməlidir.
Separatçı bəyan edib ki, “Dağlıq Qarabağ”ı Ermənistanla birləşdirən Laçın dəhlizinin “blok”u açılmalıdır. Onun fikrincə, Qarabağda yerləşən Rusiya sülhməramlıları belə ərzaqla təminatda çətinlik çəkir və onlar guya separatçılara məxsus az sayda qalan ərzaq ehtiyatlarından istifadə edirlər.
Telegram kanalımız