Sentyabrın 12-dən 13-nə keçən gecə başlarına dəyən yumruqdan sonra ermənilər yenə hətərən-pətərən danışmağa başlayıb. Qarabağdakı baş dığa, haramzadə, 2020-ci ilin noyabrından bəri tülkü kimi rus tankının kölgəsində gizlənən Arayik Arutyunyan yenə sərsəmləyib.
Oxuyanlar bilir, oxumayanlar üçün yazıram: Arayik deyib ki, Artsaxın iştirakı olmadan Azərbaycanla Ermənistan heç bir müqavilə imzalaya bilməz. Amma bununla da yetinməyərək bir az da qabağa gedib. Azərbaycanda məşhur bir atalar sözü var, gündəmə uyğun olduğu üçün yazıram: “İt yatıb at kölgəsində, elə bilir öz kölgəsidir”.
İndi bu Arayik iti də rusun kölgəsində yata-yata üstümüzə hürür. Qudurğanlığın dərəcəsinə bax ki, özgəsinin evində otura-otura azadlıqdan, müstəqillikdən dəm vurur. Gərək o vaxt bu Arayikin xırtdəyini əlimizdən buraxmayaydıq. Onsuz da bir sıxımlıq canı var. Vaxtında başına yağlı qapaz vursaydıq, gözləri çıxıb ovcuna düşəcəkdi...
Deyirlər ki, Arayiki ruhlandıran 82 yaşlı Nensi nənə olub. İrəvanda ermənilər üçün göz yaşı axıdandan sonra onlar əməlli-başlı ürəklənib. Mən bu Arayikin dabbaqda gönünə bələdəm. 44 günlük Vətən müharibəsindən bizi cəmi iki il ayırır. Şükür, yaddaşımız yerindədir. Özünü Qarabağ separatçılarının lideri hesab edən bu erməni dığasının 44 günlük Vətən müharibəsi dövründə siçan kimi deşikdə gizləndiyi gözümüzün qabağındadır. Azərbaycan əsgərinin qorxusundan 44 gündə 4 dəfə şəxsi heyətinin qarşısına çıxa bilmədi. Əleyhdarları onun hətta bunkerdə qorxusundan şam yandırmadığını indi də deyib-gülürlər. Qaranlıq otaqda qara pişiyi tapmaq nə qədər çətin işdirsə, müharibə vaxtı Arayiki tapmaq da o qədər çətin idi. Dərisinin iki qəpiklik qiyməti olmasa da, dəlmə-deşikdə gizlənməklə özünü Azərbaycan əsgərinin gülləsindən qoruya bildi.
Ötən həftə Azərbaycan Ordusunun sərhəddə erməni təxribatını dəf etməsi bölgədə yeni siyasi şərait yaradıb. Ermənipərəst olduqlarını heç vaxt gizlətməyən böyük dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycan əleyhinə çıxışlar edir, ölkəmizi sanksiyalarla hədələyirlər. Hamı təxminən eyni iradı bildirir: Sizin Göyçədə nə işiniz var?
İndi mən soruşuram: Arayikin Xankəndidə, Xocalıda, Xocavənddə nə işi var?
10 noyabr sazişinin müddəaları yadınızdadır? Orada separatçılara məxsus silahlı birləşmələrin dərhal çıxarılması ilə bağlı xüsusi öhdəlik var. Özlərini insan hüquq və azadlıqlarının qızğın müdafiəçisi kimi təqdim edən dövlətlər və onların himayəsi altında olan təşkilatlar niyə bu tələbi yerinə yetirmək üçün Ermənistana təzyiq etmir? Bu suala aydın və hərtərəfli cavab verilmədiyi üçün Azərbaycan xalqı onların səmimiyyətinə inanmır. Və inanmadığı üçün də dediklərini bu qulağından alıb, o qulağından verir.
Hər bir dövlətin öz “qırmızı xətt”i var. Qarabağ da bizim “qırmızı xətt”imizdir. Bu xətti keçdiklərinə görə bir dəfə başlarını əzmişik, görünür bu, onlara yaxşı dərs olmayıb. Yoxsa, belə hətərən-pətərən danışmazlar...
Ermənilər tarixdən dərs almayan millətdir. Əgər keçmişdən dərs almağı bacarsaydılar, babaları Andranikin qulağının kəsildiyini xatırlayıb dillərini qarınlarına soxardılar.
Verdiyi gic-gic bəyanatlar sübut edir ki, Arayikin qulağının dibi gicişir. Əsl kəsmək məqamıdır.
Ermənilərlə başqa cür yola getmək mümkün deyil. Hər yüz ildən bir qulaqlarını kəsməsək, qulağımız dinc olmayacaq...
Seymur VERDİZADƏ
Telegram kanalımız