Rusiyada yaşayan Azərbaycan əsilli məşhur biznesmen Araz Ağalarov şəxsi həyatı ilə gündəmə gəlib. O, 40 ildən artıqdır evli olduğu İrina ilə boşanaraq, özündən 44 yaş kiçik Alyona ilə rəsmi nigaha girib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayımlanıb.
Məlum olub ki, yeni cütlüyün münasibətləri uzun müddətdir davam edirmiş. Marqarita pizza
Araz Ağalarovun keçmiş həyat yoldaşı ilə boşanma prosesinin qalmaqalsız və əmlak paylaşımına girmədən baş verdiyi bildirilir.
Son illərdə mətbuatda Araz Ağalarovun şəxsi həyatı barədə sıx-sıx yazılırdı; onun bir çox məşhur xanımlarla romantik münasibətlərdə olduğundan bəhs edilirdi. Bu xəbərlərdən birində Ağalarovun məşhur müğənni Ani Lorak ilə romantik münasibətlərin olduğu iddia edilirdi.
Mediada yayılan son xəbərlərdən belə məlum olur ki, milyarder iş adamının son seçimi 27 yaşlı Alyona İvanovadır.

Yeri gəlmişkən, Araz Ağalarovun yeni həyat yoldaşı Alyonanı milyarderin keçmiş xanımı İrinanın gəncliyinə də bənzədirlər.
70 yaşlı Araz Ağalarov və ondan 44 yaş kiçik həyat yoldaşı Alyona İvanova Bakıda Araz Ağalarovun oğlu Eminin təşkil etdiyi Dream Fest festivalında birlikdə görünüb. Onlar eyni masada yan-yana əyləşiblər. Starhit nəşri tərəfindən yayımlanan şəkildə Alyona Ağalarova (İvanova) oğlan uşağını - ehtimal ki, cütlüyün oğlunu - qucağında tutur. Onların yanında isə cütlüyün digər ehtimal olunan uşağı əyləşib.
Reklam agentliyinin sahibi olan Alyona İvanova ilə uzun müddətdir münasibətlərinin olmasından mətbuat bir neçə dəfə yazsa da, heç kim bu məlumatı təsdiqləyə və ya inkar edə bilmirdi.
Nəhayət, bu yaxınlarda anonim Telegram kanallarından birində Alyona İvanovanın sosial şəbəkələrdə soyadını dəyişərək Ağalarova olaraq yazdığı xəbər verilib.

Alyona İvanova ictimai şəxs deyil, sosial şəbəkə profili qapalıdır. Əgər soyadını Ağalarova olaraq dəyişməsəydi, mətbuat Araz Ağalarovun milyarderin yeni münasibətlərini çox güman ki, xəbər tutmayacaqdı.
Məlum olub ki, 1999-cu il Saratov doğumlu Alyona İvanova fərdi sahibkardır, firması Moskva şəhərində qeydiyyatdan keçib. 27 yaşlı gözəl xanımın fəaliyyəti reklam və marketinq sahəsi ilə bağlıdır.
2022-ci ildə o, fərdi sahibkar kimi qeydiyyatdan keçib və iki il sonra "Tissage" adlı tekstil məhsulları satış şirkətini açıb. Hazırda o, həmçinin "Flexline-N" və "Daily Home Style" adlı daha iki şirkətin də təsisçisidir.

Onun sosial şəbəkə biznes profilindən ictimai tədbirlərdə aktiv iştirakı və moda sənayesi ilə əlaqələri olduğu müşahidə edilib.
Bəzi məlumatlara görə, Alyona Ağalarova bu ilin fevral ayında soyadını rəsmi şəkildə Ağalarova olaraq dəyişdirib.
Yeni soyadı ilə, həm də Fərdi Sahibkarlar Dövlət Reyestrində (EGRIP) qeyd olunub. Bu isə onu göstərir ki, nikah rəsmi qaydada baş tutub, amma harada və nə vaxt olduğu hələ məlum deyil.
Milyarder özü və onun ailəsi yeni evlilik barədə heç bir şərh verməyiblər.
Telegram kanalımız