“Araz” market də “Johnson & Johnson” məhsullarını satışdan çıxardı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Araz” market də “Johnson & Johnson” məhsullarını satışdan çıxardı - Fotolar

Xalqın səsi

02 Noyabr 2020 08:38 2295


“Araz” supermarket şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib.

Bu barədə supermarket şəbəkəsi sosial media hesabında məlumat verib.

“Araz” şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsinin başladığı təşəbbüsü dəstəkləyərək “Johnson & Johnson” şirkətinin bütün məhsullarını satışdan yığışdırıb.  Sezar pizza

Qeyd edilir, ki bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb. 

“Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!