Araz və Kür çaylarında brakonyerlik edən şəxslər saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Araz və Kür çaylarında brakonyerlik edən şəxslər saxlanıldılar

Hadisə

26 Fevral 2026 10:43 274


Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən “Yeni Sabah”a məlumata görə, keçirilən tədbir zamanı Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan M. Zeynalov saxlanılıb. Həmin şəxsdən ov alətləri və qanunsuz olaraq ovladığı müxtəlif növlərə aid balıqlar aşkarlanıb.

Eyni istiqamətdə su polisləri tərəfindən keçirilən növbəti tədbir zamanı Kür çayının Neftçala rayonundan keçən hissəsində analoji əməllərə yol verən Ş. Şirinov və R. Əhmədov da saxlanılıblar. Adı çəkilən şəxslərdən sintetik torlar, ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb. Pepperoni pizza

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!