Arda Güler dünyanın ən bahalı futbolçularından biri oldu

saytların hazırlanması

Evə çatdırılma

Arda Güler dünyanın ən bahalı futbolçularından biri oldu

İdman

07 Yanvar 2026 21:26 867


"CIES Football Observatory" tərəfindən hazırlanan yeni reytinq futbol dünyasında böyük ajiotaj yaradıb.

"Yeni Sabah" xəbər verir ki, reytinqə əsasən "Barselona"nın gənc ulduzu Lamin Yamalın dəyəri 300 milyon avro həddini keçib.

CIES-in 2026-cı ilin əvvəlində dərc etdiyi "Ən bahalı futbolçular" siyahısında digər diqqətəlayiq ad "Real Madrid"də oynayan Arda Gülerdir. 130,3 milyon avro dəyərindəki türkiyəli gənc yarımmüdafiəçi reytinqin ilk onluğuna düşməyi bacarıb. Marqarita pizza

Beləliklə də, dünyanın ən dəyərli 10 futbolçusunun siyahısı aşağıdakı kimidir:

1. Lamin Yamal (İspaniya, "Barselona") - 343,1 milyon avro;

2. Erlinq Holand (Norveç, "Mançester Siti") - 255,1 milyon avro;

3. Kilian Mbappe (Fransa, "Real Madrid") - 201,3 milyon avro;

4. Cud Bellinqem (İngiltərə, "Real Madrid") - 153,1 milyon avro;

5. Maykl Olise (Fransa, "Bavariya") - 136,9 milyon avro;

6. Florian Virts (Almaniya, "Liverpul") - 135,8 milyon avro;

7. Dezire Due (Fransa, PSJ) - 134,6 milyon avro;

8. Joao Neveş (Portuqaliya, PSJ) - 130,6 milyon avro;

9. Arda Güler ​​(Türkiyə, "Real Madrid") - 130,3 milyon avro;

10. Pedri Qonzales (İspaniya, "Barselona") - 130 milyon avro./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!