Arif Babayev koronavirusa yoluxub?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Arif Babayev koronavirusa yoluxub? - AÇIQLAMA

Mədəniyyət

01 Dekabr 2020 13:59 1405


Azərbaycan Milli Konservatoriyasının "Muğam” kafedrasının müdiri, Xalq artisti Arif Babayevin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Yenisabah.az-a onun tələbəsi - Xalq artisti Mənsum İbrahimov açıqlama verib. Xanəndə yayılan məlumatın əsassız olduğunu deyib:

“Məncə, bu əsassız xəbərdir. Belə bir şey eşitməmişəm. Mən özüm arada zəng edib danışıram, səhhəti ilə maraqlanıram. Açığı 3-4 gündür danışmırıq, çünki tez-tez zəng edib narahat eləmək istəmirik. Bir neçə gün əvvəl danışanda özünü yaxşı hiss edirdi. Koronavirusa yoluxduğu haqda bir şey eşitməmişəm”. Marqarita pizza

Qeyd edək ki, 82 yaşlı sənətçi ötən il ağır əməliyyat keçirmiş, onun üçün İstanbuldan həkim gətirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!