Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

Mədəniyyət

20 Sentyabr 2019 11:31 1287


Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Bakıda keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Arif Babayev xaricdə müalicə aldığı üçün tədbirə qatılmayıb. Daha sonra Xalq artisti telefon bağlantısı vasitəsilə tədbirə qoşulub və öz fikirlərini bölüşüb. Marqarita pizza

Qeyd edək ki, 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində ayağından əməliyyat olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!