Arif Hacılının oğluna bu ittihamlar irəli sürülüb

saytların hazırlanması

Evə çatdırılma

Arif Hacılının oğluna bu ittihamlar irəli sürülüb

Maraqlı

01 Noyabr 2023 15:55 764


OKtyabrın 31-də saxlanılan Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı təqsirləndirilən şəxs qismində cəlb edilib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

O. Hacılı barəsində hələ ki, qətimkan tədbiri seçilməyib. Marqarita pizza

Xatırladaq ki, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə "Honda" markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!