Arif Həşimov Ramiz Mehdiyevin yubileyinə qatılmasından danışdı:   “Nə edə bilərəm?”

saytların hazırlanması

Evə çatdırılma

Arif Həşimov Ramiz Mehdiyevin yubileyinə qatılmasından danışdı: “Nə edə bilərəm?”

Siyasət

03 May 2023 22:10 3733


Prezident Administasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev aprelin 18-də "Mangal Steak House" restoranının "Muğam" zalında 85 illik yubiley mərasimini təşkil edib. İddia olunur ki, yubiley tədbirinə bir sıra keçmiş nazir və icra başçıları dəvət edilsələr də, onlar Mediyevin yubileyi qatılmayıblar, lakin akademik Arif Həşimov qatılıb. Onun iştirakı ictimaiyyətin qınağına səbəb olub.

Yenisabah.az xəbər verir ki, Pravda.az-ın əməkdaşı A.Həşimovla əlaqə saxlayıb.

Akademik məlumatı nə təsdiq, nə də inkar etməyərək suala belə cavab verib: “İştirak edənləri qınayırlarsa, qınasınlar, mən nə edə bilərəm? Bu sualı mənə niyə verirsiniz? Siz Ramiz Mehdiyevlə əlaqə saxlayın, o, özü, yəqin, deyər ki, qonaqları kim olub”. Toyuqlu pizza

O, əməkdaşımızın “Arif müəllim, məlumatı inkar da etmirsiniz, təsdiq də” sözünü isə gülərək belə cavablandırıb: “Çünki Ramiz Mehdiyevin yubileyidir, onun qonaqlarıdır, özünə zəng edin, soruşun, deyər ki, orada kim olub”.

Qeyd: Yubileylə bağlı məlumatı “Unikal.org” saytı yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!