Arif Paşayev İnam Kərimovla görüşdü, saziş imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Arif Paşayev İnam Kərimovla görüşdü, saziş imzalandı

Rəsmi

01 Mart 2025 22:47 9437


Məhkəmə-Hüquq Şurası ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Ali Məhkəmədən Yenisabah.az-a verilən məlumata görə, 2025-ci il 28 fevral tarixində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov arasında görüş keçirilib.

Görüşdə ikitərəfli əlaqələr yüksək qiymətləndirilib, 20-yə yaxın hakimin MAA-da pedaqoji fəaliyyətə cəlb edilməsi, 11 hakimin isə Akademiyanın məzunu olması vurğulanıb. Eyni zamanda MAA nəzdində yaradılmış hüquq sahələri üzrə Dissertasiya şurası çərçivəsində Ali Məhkəmədən ekspert rəylərinin alınması istiqamətində də məsələlər müzakirə olunub. pizza sifarişi

Memoranduma əsasən, hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Şuranın struktur bölmələrində təcrübə keçməsi, tədrisdə hakimlərin iştirakı, birgə ölkə əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!