Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin barəsində olan hökmdən verilən şikayətəı baxılıb.
“Yeni Sabah”ın xəbərinə görə, qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Əziz Əbdüləziz barəsində çıxarılan 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib.
Xatırladaq ki, ittihama görə, Əziz Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. Pepperoni pizza
İxtiyar Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb.
Cinayət işində AzTV-nin rejissoru olmuş, keçmiş Muğam Teatrına rəhbərlik etmiş Arif Qazıyevin də adı şahid qismində keçir.
Telegram kanalımız