Arif Quliyev də qalmaqallı toydan danışdı   - “Professor olmaqla deyil...”

saytların hazırlanması

Evə çatdırılma

Arif Quliyev də qalmaqallı toydan danışdı - “Professor olmaqla deyil...”

Mədəniyyət

25 Avqust 2020 12:30 937


Xəbər verdiyimiz kimi bir neçə gündür ki, akademik Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu özbaşınalığa görə hər iki tərəfin valideynləri sərt şəkildə cəzalandırılıblar. 

Yenisabah.az Moderator.az-a istinadla xəbər verir ki, Xalq artisti, “Bəyin oğurlanması” filmindəki “Miriş” roluyla yadda qalan Arif Quliyev məmurların bu özbaşınalığına görə təəssüfləndiyini bildirdi:

“Ümumiyyətlə, çəkiliş zamanı bir səhnəni yaxşı alındırmaq üçün beş-altı dəfə çəkirlər. Mənim də belə əziyyətli çəkiliş sahələrim olub. “Bəyin oğurlanması” filmində mənə “Miriş” rolu təklif olunmuşdu və bunu da uğurla oynadım. Elə o filmdə deyildiyi kimi “bu toy ki, var çox qəliz məsələdir, həm qəlizdir, həm də maraqlı. Bu gün pandemiya dövründə baş tutan bir toya görə görün vəziyyət hansı səviyyyə gəlib çıxdı. Əlbəttə, qanunlar hamı üçündür. Biz bununla bağlı video-rolik də çəkmişdik əsas məqsəd də o idi ki, qanuna hamı riayət etməlidir. Kiminsə Xalq artisti, Əməkdar artist, professor olmağıyla deyil. Çox təəssüflər olsun ki, bəzi məmurlar bundan sui-istifadə etmək istəyirlər”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!