Xalq artisti Arif Quliyev xüsusi karantin müddətində bədii yaradıcılıqla məşğul olur.
Yenisabah.az xəbər verir ki, sevilən sənətkar koronavirusa şeir həsr edib. Ariqf Quliyev öz şerində insanları evdə qalmağa səsləyib.
Xalq artistinin müəllifi olduğu şeiri təqdim edirik: Pepperoni pizza
Can deyək, canımız sağ olsun deyə,
Dost olaq üzümüz ağ olsun deyə,
Yurdumuz çiçəkli bağ olsun deyə,
Amandır, qoruyun bir-birinizi.
Dünya gözəlləşir ürək güləndə,
Könül nəğmə deyir dillər güləndə,
İnsanlar sevinir gözlər güləndə
Amandır, qoruyun bir-birinizi.
Yaxşılıq toxumu əksən göyərər,
Oxşayıb nazını çəksən göyərər,
Yarılmış daşı da sıxsan göyərər
Amandır, qoruyun bir-birinizi.
Telegram kanalımız