Arıqlamaq məqsədilə oruc tutmaq olarmı?

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq məqsədilə oruc tutmaq olarmı?

Din

16 Mart 2024 09:04 2863


Oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir. Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər. 

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir. pizza

“Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır. İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır.

Oruc tutan insan hətta beynini belə pis fikirlərdən təmiz saxlamalıdır. Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə, bu orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!