Armen Qriqoryan: “Ermənistan sülhə hazırdır”

saytların hazırlanması

Evə çatdırılma

Armen Qriqoryan: “Ermənistan sülhə hazırdır”

Siyasət

10 Noyabr 2023 20:56 737


“Ermənistan Brüsseldə üçtərəfli görüşə hazırdır və ümid edir ki, bu görüş yaxın vaxtlarda baş tutacaq”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə “Ermənistan-Avropa” konfransında deyib.

“Ermənistan sülhə hazırdır. Hazırkı mərhələdə İrəvan Azərbaycanla sərhədin dəqiqləşdirilməsi, respublikanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəqiqləşdirmələr aparmağa çalışır”, - deyə o bildirib. Sezar pizza

Armen Qriqoryanın sözlərinə görə, İrəvan həmçinin dörd prinsip əsasında regionda blokadanın aradan qaldırılmasına səy göstərir. Bunlardan biri də əsirlərin qaytarılması və sülhün əldə olunması ilə bağlıdır.

“Ermənistan bu gündəm üzrə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə çatmağa və sülh müqaviləsini imzalamağa hazırdır”, - deyə Qriqoryan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!