Armudun bilinməyən faydaları:  Təbii dərmandır

saytların hazırlanması

Evə çatdırılma

Armudun bilinməyən faydaları: Təbii dərmandır

Sağlamlıq

17 Aprel 2025 11:53 1404


Meyvələr arasında xüsusi yeri olan armud həm dadı, həm ətirli quruluşu, həm də sağlamlığa faydalı tərkibi ilə seçilir. Azərbaycanda da armud yazın sonu və yay aylarından başlayaraq bazarlarda öz yerini tutur. Ənənəvi sortlarla yanaşı, son illərdə xarici növlər də istehlaka çıxarılıb. Lakin çoxları armudu sadəcə şirin və sərinləşdirici meyvə kimi tanıyır, onun sağlamlıq üçün əsl “gizli xəzinə” olduğunu bilmir.

Yenisabah.az armudun faydalarını təqdim edir:

Vitamin və mineral mənbəyi Dördpendirli pizza

Armud A, C, K, B1, B2, B3, B5 və B6 vitaminləri ilə yanaşı, kalium, mis, maqnezium və dəmir kimi minerallarla zəngindir. Tərkibindəki lif (xüsusilə pektin) sayəsində bağırsaqların fəaliyyətini gücləndirir, həmçinin orqanizmdə toksinlərin atılmasına yardım edir. C vitamini isə immuniteti möhkəmləndirir və orqanizmi infeksiyalardan qoruyur.

Həzm sisteminə təsiri

Armudun ən tanınmış faydalarından biri həzmi tənzimləməsidir. Xüsusilə qəbizlik problemi yaşayanlar üçün gündəlik armud istifadəsi bağırsaq fəaliyyətini normallaşdırır. Armudda həll olunan və həll olunmayan liflərin olması bağırsaqları təmizləyir və mikrofloranı bərpa edir. Şişkinlik və köp problemi olanlar üçün də armud rahatladıcı təsir göstərir.

Ürək-damar sağlamlığı üçün təbii qoruyucu

Armudun tərkibində olan kalium maddəsi damarların genişlənməsinə, qan dövranının yaxşılaşmasına və təzyiqin normallaşmasına səbəb olur. Xolesterin səviyyəsini tənzimləyir və infarkt riskini azaldır. Həmçinin armudun antioksidant təsiri damarların elastikliyini qoruyur.

Qan azlığına qarşı mübarizə

Armud tərkibindəki dəmir sayəsində qan azlığı olan insanlar üçün faydalıdır. Xüsusilə qırmızı armud növləri daha çox dəmir ehtiva edir. Armudu C vitamini ilə birlikdə (məsələn, portağal, limon suyu ilə) qəbul etdikdə, dəmirin sorulması daha da artır.

İmmunitet və dəri üçün dəstək

Armudun tərkibindəki antioksidantlar (flavonoidlər, polifenollar və C vitamini) bədəni sərbəst radikallardan qoruyur. Bu isə immun sisteminin güclənməsi ilə yanaşı, dəri hüceyrələrinin yenilənməsinə də yardım edir. Armud müntəzəm istifadə olunduqda dərini daha sağlam və parlaq göstərir.

Kimlər üçün faydalıdır?

Həzm problemi yaşayanlar;

Hipertoniya və ürək-damar xəstəliyindən əziyyət çəkənlər;

Hamilə qadınlar (fol turşusu və lif baxımından zəngin olduğu üçün);

İmmunitet sistemi zəif olan insanlar;

Uşaqlar və yaşlılar (yüngül tərkibi sayəsində mədəyə yük vermir);

Kimlərə zərər verə bilər?

Armud bəzən mədə turşuluğu yüksək olan şəxslərdə yanma və narahatlıq yarada bilər. Bu səbəblə mədəsində xora və ya gastriti olan şəxslər çox miqdarda qəbul etməməlidirlər. İshal hallarında armuddan uzaq durmaq lazımdır, çünki onun təbii laksatif (yumşaldıcı) təsiri vəziyyəti ağırlaşdıra bilər. Şəkərli diabet xəstələri armudu nəzarətli şəkildə yeməlidirlər – hərçənd ki, glisemik indeksi aşağı olsa da, tərkibində təbii şəkərlər var. Allergiyaya meyilli insanlar yeni sortları yeyərkən diqqətli olmalıdır.

Gündə neçə armud yemək lazımdır?

Mütəxəssislər gündə 1–2 ədəd orta ölçülü armud yeməyi tövsiyə edirlər. Bu miqdar həm gündəlik lif ehtiyacının 20-25 faizini qarşılayır, həm də bədənə artıq yük vermədən fayda verir. Armudu səhər acqarına və ya nahardan 2 saat sonra yemək daha məqsədəuyğundur.

Armudun bilinməyən tərəfləri

Armud təbii sakitləşdirici təsirə malikdir;

Sinirləri sakitləşdirir, stressi azaldır;

Suyu susuzluğu tez yatırdır, bədəni sərinləşdirir;

Tərkibindəki bor elementi sümük sağlamlığını gücləndirir;

Kişilərdə prostat vəzinin sağlamlığını qorumağa yardım edir;

Göz təzyiqini aşağı saldığı üçün qlaukoma riski olanlar üçün faydalı ola bilər.

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!