“Arsenal” və “Çelsi” klublarının rəsmiləri Bakıda

saytların hazırlanması

Evə çatdırılma

“Arsenal” və “Çelsi” klublarının rəsmiləri Bakıda

İdman

13 May 2019 12:28 1140


UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici oyununa hazırlıq çərçivəsində finalçı komandaların – İngiltərənin “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

"Yeni Sabah" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq.

Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq. Dominos pizza

Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!