Artıq çörəkdən imtina etməyəcəksiniz - Arıqlamaq istəyənlər üçün əla xəbər

saytların hazırlanması

Evə çatdırılma

Artıq çörəkdən imtina etməyəcəksiniz - Arıqlamaq istəyənlər üçün əla xəbər

Sağlamlıq

07 Dekabr 2025 11:42 2813


Sağlam qidalanmaya çalışan və qan şəkərini nəzarətdə saxlayan insanların çoxu ilk olaraq çörəyi rasiondan çıxarır. Lakin mütəxəssislərin fikrincə, çörəyi tamamilə tərk etmək düzgün deyil. Əsas olan düzgün çörək növünü seçməkdir.

"Yeni Sabah" xəbər verir ki, son araşdırmalar göstərib ki, qan şəkəri balansını ən yaxşı şəkildə qoruyan çörək cücərmiş taxıl çörəyidir. Bu çörək cücərməyə başlamış tam taxıllardan hazırlanır. Cücərmə prosesi nişastanı qismən parçalayır və qlisemik reaksiyanı aşağı salır. Bu isə onu ağ və klassik tam buğda çörəyindən daha sağlam edir.

Ekspertlərin sözlərinə görə, cücərmiş taxıl çörəyi yüksək lif tərkibi ilə həzmi ləngidir, daha uzunmüddətli toxluq hissi yaradır və B vitaminləri, dəmir, maqnezium kimi minerallarla daha zəngindir. Tədqiqatlar bu çörəyin diabet riskinin azalmasına da müsbət təsir göstərdiyini ortaya qoyub. Marqarita pizza

Bununla belə, mütəxəssislər qablaşdırılmış məhsullarda etiketin diqqətlə oxunmasını tövsiyə edir. Çünki bəzi markalar “cücərmiş” ifadəsini yalnız reklam məqsədilə istifadə edir. Qatqısız və etibarlı istehsalçıların məhsullarına üstünlük verilməsi məsləhətdir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!