Türkiyə-Ermənistan sərhədi açıldı: “Zəlzələ Qafqazda sülhü bərqərar edəcək”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-Ermənistan sərhədi açıldı: “Zəlzələ Qafqazda sülhü bərqərar edəcək”

Siyasət

13 Fevral 2023 16:09 1381


“Sərhəd qapılarımızın bağlı olduğu Ermənistandan Türkiyəyə ilk növbədə texniki xilasetmə qrupları gəlib və hazırda humanitar yardım maşınları da yoldadır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Kafkasya Stratejik Araştırmalar Merkezi”nin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

O, Türkiyədə baş verən zəlzələdən sonra Ermənistandan bu ölkəyə gedən yardım karvanı, habelə Türkiyə Ermənistan əlaəqlərinin növbəti perspektivindən söz açıb:  Pepperoni pizza

“Fevralın 6-da 10 əyaləti dərindən sarsıdan və 100 kvadrat kilometr ərazidə dağıntılara səbəb olan zəlzələ 14 milyon insanı köməksiz qoyub. Bölgədə fövqəladə vəziyyət elan olunduğu üçün hər ölkədən yardımlar gəlməyə başlayıb. O cümlədən Ermənistandan.

Azərbaycandan Türkiyəyə yardım gəlməsi üçün Azərbaycan maşınları ya Gürcüstan, ya da İran ərazisindən Türkiyəyə girməli idilər. Buna görə də Ermənistan-Türkiyə “Alican” sərhəd qapıları müvəqqəti olaraq açıldı”.

H.Oktay xatırladıb ki, 1999-cu il zəlzələsi Türkiyə-Yunanıstan münasibətlərini düzəldibsə, 6 fevral zəlzələsi də Qafqazda sülhün bərqərar olması istiqamətində bir addımdır:

“Türkiyə 1993-cü ildə Kəlbəcərin işğalından sonra Ermənistanın hərəkətlərinə cavab olaraq, Ermənistanla olan sərhəd qapılarını bağladı. İndi isə Kəlbəcərin işğaldan azad olunub və Ermənistanla sərhəd qapılarının bağlanma səbəbi aradan qalxıb. İstanbulda 3 görüş keçirilib və münasibətlərin normallaşması, qapıların açılması məsələsi müzakirə olunub. 

Azərbaycan-Ermənistan münasibətləri öz müsbət həllini tapacaq. Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında problemin davam etməsindən faydalanan dövlətlərin mövcudluğu regionu günü-gündən yaşayış üçün yararsız edir. Onlar bir tərəfdən Rusiya, digər tərəfdən də İran-Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsindən böyük fayda əldə etməyə ümid edirlər. Bu zəlzələdən sonra müvəqqəti olsa belə, sərhəd qapılarının açılmasının Ermənistan-Azərbaycan sülh danışıqlarına töhfə verəcəyi müşahidə edilir”. 

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!