“Bəli, parlamentdə bəzi hadisələr oldu, amma indi emosiyalar bir az azalıb və daha konstruktiv müzakirələr üçün meydan açılıb. Bu gün parlamentdə bəzən çox kəskin və qızğın müzakirələr gedir, amma sevindirici hal budur ki, proseslər konstruktiv məzmunla davam edir".
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Nikol Paşinyan Çexiya Baş naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O deyib: “Bu yaxınlarda parlamentdə çox mühüm açıqlamalar verdim və müşahidə etdim ki, müxalifət mesajlarımı dinləyib. Bu uğurudur, çünki keçən il onlar bizə heç qulaq asmırdı. pizza
Müxalifət qulaq asmır, tribunaya nə gəldi atır, əlbəyaxa vuruşurdular. Məntiqli müzakirələr aparmaq üçün lazımi ab-hava yarada bilmək demokratiyanın inkişafı üçün bir çağırışdır”.
Telegram kanalımız