“Artıq silaha qarşı sözlə danışa bilmərik, “Qisas” əməliyyatında olduğu kimi...”

saytların hazırlanması

Evə çatdırılma

“Artıq silaha qarşı sözlə danışa bilmərik, “Qisas” əməliyyatında olduğu kimi...”

Siyasət

16 Sentyabr 2022 12:12 2292


“Əvvəla, söhbətə ondan başlayaq ki, bu təxribatlar niyə davam edir və nədən Ermənistan atəşkəs rejiminə əməl etmir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin yenidən pozulması ehtimalına rəy bildirib: Sezar pizza

“İrəvan 10 noyabr bəyanatına əsasən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu, konkret olaraq erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, kommunikasiyaların açılması məsələsinə Ermənistanın hələ də müqavimət göstərməsi, eləcə də sərhədlərin demarkasiya və delimitasiya olunması məsələsidir. Ən əsas məsələ budur ki, 2 həftə öncə Brüsseldə keçirilən görüşdə də bildirildi ki, Ermənistan tərəfindən təhdidlər daim qalır.

Atəşkəs rejiminə əməl olunmaması yeni bir davranış deyil. Ümumiyyətlə, münaqişə başlandığı dövrdən Ermənistan heç zaman atəşkəs rejiminə əməl etməyib. Xüsusilə, 90-cı illərdə atəşkəs rejimi elan olunandan sonra ermənilər şəraitdən istifadə edərək daim təxribat törədiblər”.

O. Qasımov təxribatların davam etdiyi halda Azərbaycanın hansı addımlar atacağına birmənalı cavab verib:

“Daha sərt tədbirlər görüləcək və daha ağır zərbələr vurulacaq. Çünki faşist və revanşist düşüncənin unutdurulmasının, yaxud aradan qaldırılmasının bir yolu var: həmin mərkəz və mənbə məhv edilməlidir. İkinci Dünya müharibəsində nasizmin məhvi və ləğvi üçün onun bütün ocaqları yerlə-yeksan edildiyi kimi. Əgər Ermənistan bu təxribatları hansısa sərhəd məntəqəsində, yaxud sərhədin konkret hissəsində törədəcəkcə, həmin ərazidə olan erməni mövqeləri, postları, bazaları və ya silahlı qüvvələrin toplaşdığı komanda məntəqələri vurulmalı və ləğv olunmalıdır. Artıq bunun başqa bir variantı yoxdur.

Artıq silaha qarşı sözlə danışa bilmərik. “Qisas” əməliyyatında olduğu kimi, Azərbaycan əsgərinin həyatını düşünərək ordu bölmələrimiz elə zərbələr vurmalıdır ki, itkilərimiz minimum olsun. Yəni uzaq məsafələrdə daha dəqiq atəşlərlə təxribat nöqtələri susdurulmalı və məhv olunmalıdır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!