“Arutyunyan bilməlidir ki, Azərbaycanda  yaşayır“   - Rauf Arifoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Arutyunyan bilməlidir ki, Azərbaycanda yaşayır“ - Rauf Arifoğlu

Siyasət

25 May 2022 11:27 1998


Mayın 23-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü oldu. Görüş beş saat yaxın davam etdi. Tərəflər bir çox məsələlərə toxundular. O cümlədən, Qarabağ erməniləri ilə bağlı da müəyyən razılığa gəlindi. 

Lakin seperatçı rejimin rəhbəri Araik Arutyunyan Ermənistan və Azərbaycan arasında razılıq olarsa, qarşı çıxacaqlarını bildirib. Separatçı lider heç bir razılaşmaya qol qoymayacaqlarını deyib.

Arutyunyanı kim danışdırır? Separatçıların prosesi əngəlləməyə gücü çatacaqmı? Toyuqlu pizza

“Yeni Müsavat” qəzetinin baş redaktoru, tanınmış siyasi şərhçi Rauf Arifoğlu Yenisabah.az-a açıqlamasında deyib ki, ərazilərimizdə yaşayan erməni əsilli toplumun gələcəyi ilə bağlı bir sıra mühüm razılaşmalar əldə olunub:

“Brüssel görüşü bu platformada növbəti dəfə mühüm razılaşdırmalara səhnə oldu. Həmin platforma Azərbaycan üçün çox önəmlidir. Azərbaycanın qələbəsinin qəbul olunması bundan əvvəlki görüşlərdə də təmin olunmuşdur. Ard-arda iki görüşdə kommunikasiyaların açılması və Ermənistanla münasibətlərin qorunması, sülh sazişinin imzalanması istiqamətində anlaşmalar əldə olunub.

Bu dəfə də elə oldu. Həm sülh sazişi, həm Zəngəzur dəhlizinin açılması istiqamətində, eyni zamanda da ərazilərimizdə yaşayan erməni əsilli toplumun gələcəyi ilə bağlı bir sıra mühüm razılıqlar əldə olunub”.

R.Arifoğlu qeyd edib ki, Qarabağda yaşayan erməni topluluğunun və qondarma rejimin başında duran Arturyanın müqaviməti gözlənilən idi:

“Hazırda biz o müqavimətləri müşahidə etməkdə davam edirik. Paşinyan isə razılaşmanın tərəf müqabili olaraq o müqaviməti yaşamaqdadır. Biz ümid edirik ki, Ermənistanın indiki hakimiyyəti o müqavimət prosesini, eyni zamanda da daxildə və xaricdəki müdaxilələri aradan qaldıra biləcək.

Qarabağda yaşayan erməni topluluğunun və qondarma rejimin başında duran Arutunyanın müqaviməti gözlənilən idi. Çünki bu qrup hazırda Rusiyadan idarə olunur. Eyni zmanda Rusiyada erməni lobbisinin maraqlarını təmin edir. Radikaldır. Unikal deyil. Dağıdıcı kateqoriyaya aiddir. Bu da təsadüfi deyil. Onlar bu anlaşmanın olmasını istəmirlər”.

Rauf Arifoğlu bu ilin sonlarına yaxın kimsənin müqavimətinə baxmadan həm delimitasiya, həm demarkasiya, həm də sülh müqaviəsinin imzalanması istiqamətində ciddi addımlar atılacağını vurğulayıb:

“Arutyunyan da, orada yaşayan erməni ailələri də bilməlidir ki, Azərbaycan ərazisində yaşayırlar. Azərbaycan öz ərazisinin təmizlənməsi ilə bağlı növbəti addımlar atacaq. Konstruktiv olmaq məcburiyyətindədirlər. Ərazilərə uyğun ayaq uydurmalıdırlar. Bu onları fəlakətə aparır. Hesab edirəm ki, Azərbaycanın diplomatik müstəvidə apardığı proses uğurla davam edəcək”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!