Nikol Paşinyan Praqadan qayıtdıqdan sonra dünən Ermənistan Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibdə ilk iclasını çağırıb. TŞ-nın əsas üzvlərindən başqa, Ermənistan prezidenti Vaan Xaçatryan, hökumət aparatının rəhbəri Araik Arutyunyan və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan dəvət olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Erməni nəşri mövzunu belə davam etdirib:
“Maraqlıdır ki, dünən “Artsax prezidenti” Araik Arutyunyan da rəsmi dairələrlə görüşmək üçün Ermənistana gəldiyini bəyan edib. Onlar sessiyanı bir gün sonra çağıra bilərdilər ki, “Artsax prezidenti” də iştirak etsin. Çünki bir il əvvəl Ermənistan Şurasının iclaslarında təkcə “Artsax”ın prezidenti deyil, həm də “Artsax” TŞ-nın katibi Vitali Balasanyan, bəzən başqa rəsmi şəxslər də iştirak edirdilər”. Pepperoni pizza
“Hraparak” əlavə edib ki, əslində, Paşinyan Əliyevi inandırmağa çalışır ki, Qarabağ mövzusu Ermənistan üçün bağlıdır: “İstisna deyil ki, bu, Əliyevin təkcə “Artsax”a getməmək deyil, həm də “Artsax rəsmiləri”ni qəbul etməmək, birgə görüşlər keçirməmək barədə birbaşa tələbidir”.
Nəşr iddia edir ki, Paşinyan separatçı hökuməti devirməyə çalışır:
“Həmçinin Paşinyan iqtidarı Arutyunyanı istefaya göndərməyə çalışır ki, “prezident” seçmək mümkün olmasın və “dövlət strukturları” iflic vəziyyətinə düşsün, “Artsax” başsız bədənə çevrilsin. Təsadüfi deyil ki, ötən gün Stepanakertdə (Xankəndidə) baş verən aksiyaların təşkilatçılarından biri də Ermənistan hakimiyyəti ilə əlaqələri olan Tiqran Petrosyan olub”.
Telegram kanalımız