Qondarma rejimin "rəhbəri" Araik Arutyunyan Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsini tələb edib.
Yenisabah.az xəbər verir ki, bu barədə tanınmamış "DQR" təmsilçisinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda qeyd olunub.
A. Arutyunyan bildirib ki, BMT TŞ guya Azərbaycanın Qarabağın dağlıq hissəsində humanitar fəlakət törətdiyini aşkar etmək üçün bölgəyə xüsusi missiya göndərməlidir. Onun fikrincə, 8 aydan çoxdur "blokada"da qalan "Artsax"ın "haqq səsi" bununla dünyaya çatdırıla bilər. Dördpendirli pizza
Xatırladaq ki, baş separatçı ötən bazar "Artsax TV"yə verdiyi müsahibəsində rəsmi Bakını ittiham etməkdən çəkinməyib və Azərbaycanın bölgədə guya "soyqırımı" törətdiyini iddia edib.
Araikin sərsəm bəyanatları fonunda isə Ermənistan XİN bununla bağlı susqunluğunu pozmayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız