Arvadından boşanan polis özünü öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Arvadından boşanan polis özünü öldürdü

Kriminal

09 Oktyabr 2024 15:41 1477


Polis məmuru intihar edib. 

Yenisabah.az xəbər verir ki, hadisə Türkiyənin Van rayonunda baş verib. 

Polis əməkdaşı İbrahim Köksal evində ölü tapılıb. Araşdırma zamanı onun intihar etdiyi və vida məktubu buraxdığı öyrənilib.  Sezar pizza

Əldə edilən məlumata görə, təxminən 5 ildir Erciş Rayon Polis Şöbəsinin çevik dəstəsində çalışan polis məmuru İbrahim Köksal (37) ilə uzun müddət əlaqə saxlamaq mümkün olmadıqdan sonra iş yoldaşları onun Alkanat küçəsindəki evinə gediblər. Çilingərin köməkliyi ilə içəri daxil olan dostları Köksəli yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar. İlk müayinədə Köksalın başına güllə sıxaraq intihar etdiyi müəyyən edilib. 

Hadisə yerində araşdırma aparan qruplar masanın üzərində vida məktubu tapıb. Köksalın sinəsindən xidməti tapança tapılıb. 2016-cı ildə Polis Şöbəsinə işə başlayan Köksalın 7 və 4 yaşlı iki övladı olduğu və həyat yoldaşından bir ay əvvəl boşandığı öyrənilib. 

Hadisə ilə bağlı başladılan istintaq davam edir. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!