Arvadından boşanmamış yenisi ilə evlənir – Anar Mədətovdan sensasion qərar

saytların hazırlanması

Evə çatdırılma

Arvadından boşanmamış yenisi ilə evlənir – Anar Mədətovdan sensasion qərar

Şou

30 Aprel 2019 11:39 1042


Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. 

Bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini də məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. 

A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə toy etməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub.  pizza sifarişi

Elnurə və Anarın ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçməyi istəyir. Mahir artıq İnstaqramda da soyadını dəyişərək "Mahir Əmrəli" edib.

Qeyd edək ki, Elnurə də əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir. Onların Mahirdən başqa, bir qız övladı da var.

Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!