Arvadını bıçaqlayıb qaçan əri polis tutdu, cinayət işi başlandı -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Arvadını bıçaqlayıb qaçan əri polis tutdu, cinayət işi başlandı - YENİLƏNDİ

Kriminal

06 Mart 2026 12:10 385


Martın 6-da Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bu barədə “Yeni Sabah”a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  pizza

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***

11:47

Bu gün səhər saatlarında Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl gerçəkləşib.

"Yeni Sabah" xəbər verir ki, 1977-ci il təvəllüdlü Yevlax rayon sakini İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində 1995-ci il təvəllüdlü arvadı Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ. Ramazanovu tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!