Arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı - Səbəb

Kriminal

31 Yanvar 2026 19:45 732


Lənkəranda arvadını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nehmətov barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baş tutan iclasda çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri 29, 120.1-ci maddəsinə tövsif edilib.

Beləliklə, müdafiə tərəfinin apellyasiya şikayəti qismən təmin olunub və təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib. pizza hut

Qeyd edək ki, Ehtibar Nehmətov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Hadisə ötən ilin fevral ayında Lənkəranda baş verib. E.Nehmətov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla Təranə Nehmətovaya xəsarət yetirib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham irəli sürülmüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!