Arvadını öldürüb Kürə atan kişiyə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Arvadını öldürüb Kürə atan kişiyə hökm oxundu

Kriminal

06 Yanvar 2026 13:54 530


Sabirabadda arvadını qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seyidrəsul Talıbzadə 11 il müddətə azadlıqdan məhrum edilib. Toyuqlu pizza

Hadisə ötən ilin may ayında Sabirabad rayonunda baş verib. 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində 2009-cu il təvəllüdlü N.Ə-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!