2021-ci ildə Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarının təhlili ortaya maraqlı nəticələr çıxarıb. Məlum olub ki, giriş balı kəskin aşağı düşən ixtisasların siyahısına jurnalistika da daxildir. Hətta əksər universitetlərin filiallarında tədris olunan məktəbəqədər tərbiyə ixtisasına keçid balı BDU-nun Jurnalistika ixtisasına keçid balından daha yüksəkdir.
Durumu Yenisabah.az-a şərh edən tanınmış jurnalist İlhamiyyə Rza jurnalistika peşəsinə marağın azalmasının və nüfuzunun aşağı düşməsinin çox səbəblərin olduğunu bildirib.
O, qeyd edib ki, jurnalistika əvvəllər indikindən daha populyar bir ixtisas idi: Sezar pizza
“Jurnalistika sahəsinin nüfuzdan düşməsinin səbəblərdən ən öndə olanı, jurnalistlərə verilmiş səlahiyyətlərdən sui-istifadə etmək istəyənlərin, hansısa maddi mənfəət güdənlər üçün ən populyar peşələrdən biri olmasıdır.
Onların bir çox jurnalistikaya yiyələnmək üçün heç jurnalistika təhsili belə almırlar. Jurnalistikaya axın çoxdur, lakin oxumaq istəyənlər çox azdır.
Əziyyət çəkərək əldə olunan jurnalist vəsiqəsini daha asan yollarla əldə etmək istəyənlərə görə bu peşə nüfuzdan düşüb.
Ona görə də ali təhsil müəssisələrində jurnalistika sahəsinə qəbul olmaq üçün giriş balları aşağı endirilsə belə, bu o demək deyil ki, jurnalistikaya axın yoxdur. Jurnalist olmaq istəyənlər bəlkə də azalıb. Çünki əsil jurnalist olmaq asan deyil və maaşı da yüksək olmur. Jurnalistikada olmaq istəyənlərsə azalmayıb.
İndiki gənclər görüb, götürəndir. Baxırlar ki, jurnalist olmaq sərf etmir, jurnalistikada olmaq sərf edir. Bunun üçünsə oxumaq lazım deyil, diploma da ehtiyac yoxdur. Əsas arxanda dayanan olmalıdır ki, jurnalistikadan barınasan”.
Nəsimi Ələsgərli
Telegram kanalımız