“Arzu və ümidimiz İlham Əliyevin sülh əlinin birlikdə başa düşülməsidir” - Hulusi Akar

saytların hazırlanması

Evə çatdırılma

“Arzu və ümidimiz İlham Əliyevin sülh əlinin birlikdə başa düşülməsidir” - Hulusi Akar

Siyasət

08 Yanvar 2022 18:40 663


“Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan-red) Ermənistana uzatdığı sülh əlinin birlikdə başa düşülməsidir. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə, regionun sabitlik adasına çevirməkdən gedir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Akar Azərbaycanda baş verənlərdən danışarkən deyib.

"Azərbaycan bizim əziz qardaşımızdır. İki dövlət, bir dövlət mövqeyindən başlayaraq Azərbaycanın haqq işlərində onların yanındayıq", - nazir vurğulayıb. pizza mizza

Hulusi Akar qeyd edib ki, məqsəd bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaqdan ibarətdir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!