əbər verdiyimiz kimi, Arzum adı ilə tanınan tiktoker İlduzə Hacıyeva aylardır ölkədən çıxa, Almaniyada olan övladlarını görə bilmir.
'Yeni Sabah'' Axşam.az-a istinadla xəbər verir ki, buna səbəb onun məhkəmə işinin olması, ölkədən çıxışına qadağa qoyulmasıdır.
Məlum olub ki, Arzum ötən ilin iyununda Mərdəkan qəsəbəsində avtomobil qəzası keçirib. Qəza zamanı bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Sezar pizza
Arzum tənqidlərə reaksiya verərək, qəza anının görüntülərini paylaşıb. O, qəzaya özünün səbəb olmadığını bildirib:
"Aylardır video məndə var, səsimi çıxartmadım. Haqqıma girdilər, balama qarğış etdilər. Qarşı tərəf mənə qarşı qarayaxma etdi ki, Arzum səbəbkardır. İndi video məhkəməyə qoyulub və göstərə bilərəm. Mərdəkanda dar yoldur, ancaq bir sıra maşın gedir. Düz yol gəlirəm, 60 sürətlə gəlirəm, işığı yandırıb, dönəcəyimi bildirirəm. Arxadan gələn maşın gəlib keçir, yüksək sürətlə keçir qarşı yola və qəza törədir. Çıxıb getmədim, insanlıq borcumu yerinə yetirdim".
Qeyd edək ki, bloger Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilir.
Arzum alman vətəndaşı ilə ailəlidir və orada yaşayır. Onun 4 övladı var. Övladları Almaniyada olan bloger onları görə bilmir.
Telegram kanalımız