“ASAN xidmət” mərkəzləri həftəsonları işləyəcək? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“ASAN xidmət” mərkəzləri həftəsonları işləyəcək? - AÇIQLAMA

Maraqlı

18 İyul 2020 11:54 858


Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Yenisabah.az ASAN xidmətə istinadla xəbər verir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar 25, 26 iyul və 1, 2 avqust  tarixlərində  Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”,  Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!