“ASAN Yay Festivalı”nda Damla oxudu, bərdəlilər maraqla izlədi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“ASAN Yay Festivalı”nda Damla oxudu, bərdəlilər maraqla izlədi - Fotolar

Mədəniyyət

07 Sentyabr 2019 12:53 1633


“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti "ASAN Yay Festivalı" Bərdə rayonunda keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev parkında baş tutan Festival çərçivəsində müğənni Damlanın konserti təşkil olunub. Xeyli sayda tamaşaçının qoşulduğu tədbirdə, həmçinin Dj Bazaur musiqilər təqdim edib.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və electron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar. Sezar pizza

Yay mövsümü müddətində Masallı, Mingəçevir, İmişli, Quba “ASAN Həyat” komplekslərində və Gəncə, Sabirabad, Bərdə “ASAN xidmət” mərkəzlərində ümumilikdə yeddi festival keçirilib.

Qeyd edək ki, bununla “ASAN Yay Festivalı”na yekun vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!