Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb

saytların hazırlanması

Evə çatdırılma

Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb

İqtisadiyyat

27 Fevral 2019 21:41 1083


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) nümayəndələri arasında görüşlər keçirilib.

“Yeni Sabah” xəbər verir ki,dövlət-özəl tərəfdaşlığına (PPP) dair təşkil olunmuş görüşdə bu sahədə beynəlxalq mütəxəssis Rina Alzate dövlət-özəl tərəfdaşlığı üzrə tətbiq edilən modellərə dair geniş məlumat verərək, Azərbaycanda bu sahədə hüquqi-normativ və institusional inkişaf istiqamətində tədbirlər barədə fikirlərini diqqətə çatdırıb. Görüşdə həmçinin, AİB nümayəndələri ilə Agentliyin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyətinin səmərəli təşkili məqsədilə ekspert tərəfindən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış tövsiyə və təkliflər müzakirə edilib.

AİB-in İnfrastrukturun maliyyələşməsi, Cənubi, Mərkəzi və Qərbi Asiyada Özəl sektorda əməliyyatlar departamentinin direktoru Şantanu Çakrabortinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə isə Bankın nümayəndələrinə ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar, yeni dəstək mexanizmləri, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Agentliyin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, Kiçik və orta biznesin inkişafı fondlarının, eləcə də biznes klasterlərin yaradılması istiqamətində mümkün əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə özəl sektorun inkişafı sahəsində AİB-lə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb. Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!