AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Yan Liddel-Qreyncer və Liz Kristoffersen Bakı ilə İrəvan arasında danışıqlar prosesində irəliləyişi alqışlayıblar.
Yenisabah.az xəbər verir ki, bu barədə onların iyunun 3-7-də Azərbaycana səfərlərinin yekunları üzrə qəbul edilmiş bəyanatında deyilir.
“Biz Azərbaycan və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi son irəliləyişi alqışlayırıq və hər iki ölkənin hökumətlərini ikitərəfli danışıqları aktivləşdirməyə çağırırıq”, - deyə sənəddə qeyd olunur. Dominos pizza
Daha sonra vurğulanır: "Ümid edirik ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələri 2025-ci ilin noyabrından gec olmayaraq, bu ərazini tərk edəcəklər".
Telegram kanalımız