Qazaxıstanın prezident səlahiyyətlərini icra edən Qasım Jomard Tokayev bu gün and içib.
“Yeni Sabah” xəbər verir ki, Tokayev çıxışı zamanı Nazarbayevlə bağlı təkliflər irəli sürüb. O, Nazarbayevə fəxri senator statusu verib.
Həmçinin, paytaxt Astana şəhərinin adının dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib, ölkənin bütün şəhərlərinin mərkəzi küçələrinə Nursultan adının verilməsini istəyib: “Biz onun böyük adını əbədiləşdirməliyik. Ölkənin paytaxtında ilk prezidentin şərəfinə abidə ucaltmağı təklif edirəm”. Sezar pizza
Tokayev onu da qeyd edib ki, Nazarbayev Qazaxıstanın “tək və ömürlük” rəhbəri olaraq qalacaq.
Telegram kanalımız