Astara sakinindən ölkə rəhbərliyinə müraciət: “Bizə kömək edin!”

saytların hazırlanması

Evə çatdırılma

Astara sakinindən ölkə rəhbərliyinə müraciət: “Bizə kömək edin!”

Rəsmi

28 Aprel 2019 16:05 1373


Astara rayonunun Kijəbə qəsəbəsinin sakini, 5 azyaşlı uşaq atası Əliyev Rasif Axnağa oğlu ölkə rəhbərliyinə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o öz müraciətində 3 ildir işsiz olduğunu və ailəsini dolandıra bilmədiyini qeyd edib.

R. Əliyev bildirib ki, 2013-cü ildə Astara rayonunun Burzubənd kənd tam orta məktəbində işə qəbul olunub. Lakin 2015-ci ildə işdən azad edilib. Bir müddət fəhlə işləsə də səhhəti ilə əlaqədar ağır fiziki işdə çalışa bilməyib: “Əməliyyat üçün 400 manat pul lazımdır, amma o da yoxdur. Həyat yoldaşımın da səhhətində ciddi problemlər var və Lənkaran şəhərində müalicə alır.  Pepperoni pizza

İşlə əlaqədar rayonda bütün mümkün qurumlara müraciət etmişəm. Astara rayonunun Məşğulluq Mərkəzi tərəfindən 120-150 manat arasında iş təklif olunur, amma hər gün 38 kilometr yolu və 10 saatlıq işi nəzərə alanda bu pul heç bir nəfərin də yaşamasına çatmaz. Amma biz ailədə 7 nəfərik. 

Rayonun icra başçısına müraciət etmişəm, nəticə yoxdur. 

Sosial müavinətlə bağlı müraciətimizə də mənfi cavab verildi. Dedilər ki, sizin gəliriniz olmadığı üçün müavinət düşmür. Bəs biz indi necə yaşayaq, hara gedək?”.

R. Əliyev deyir ki, o məsələ ilə bağlı aidiyyatlı qurumlara və sosial şəbəkədə yazıb. Lakin bundan sonra icra başçısının tapşırığı ilə İcra hakimiyyətinin Sosial işlər üzrə inspektoru ona 100 manat verib və tələb edib ki, yazdıqlarını silsin və şikayətlərini geri götürsün: “Mən ölkə prezidentindən xahiş edirəm ki, bizim ailənin, körpə uşaqların ac qalmaması üçün yerli qurumlara göstəriş versin. Hazırda çıxılmaz bir durumdayıq”.

R. Əliyevin uşaqları: 

Əliyeva Xədicə 21.01.2007 

Əliyeva Aynur 06.17.2008 

Əliyev İbrahim 11.02.2010 

Əlizadə İsmayılağa 24.10.2011 

Əlizadə Mustafa 22.05.2014 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!