Astara və Qaradağda əməliyyat:  43 kq narkotik dövriyyədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Astara və Qaradağda əməliyyat: 43 kq narkotik dövriyyədən çıxarıldı

Kriminal

03 Aprel 2026 14:25 369


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 43 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

"Yeni Sabah" Dİn-ə istinadla xəbər verir ki, Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!