Astarada 11 kilometrlik yol yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Astarada 11 kilometrlik yol yenidən qurulur

Avto

18 İyun 2019 09:45 1610


Astara rayonunda 11.6 km uzunluğa malik və 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur.

“Yeni Sabah” xəbər verir ki, Astara rayonunun 20 mindən artıq əhalisi olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Yol uzun illər təmir olunmadan istismar olunduğundan yolun hərəkət hissəsində qabarma və çökmələr əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə  səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu genişmiqyaslı yenidənqurma işləri aparılır. Marqarita pizza

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılaraq kipləşdirmə işləri görülüb və 12 metr enində yeni yol yatağı inşa edilib. Həmçinin suvarma məqsədi ilə tikilmiş metal borular yararsız vəziyyətdə olduğu üçün zəruri yerlərdə 300 və 500 mm diametrli yeni borular quraşdırılıb.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!