Astarada 64 kq narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Astarada 64 kq narkotik aşkarlandı

Kriminal

16 Fevral 2026 10:00 332


Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb. pizza mizza

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb. Ondan isə 21 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər 2 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!