Astma xəstələrinə ŞAD XƏBƏR!

saytların hazırlanması

Evə çatdırılma

Astma xəstələrinə ŞAD XƏBƏR!

Sağlamlıq

28 Noyabr 2024 13:03 1531


Tədqiqatçılar astma tutmalarına qarşı inqilabi bir inyeksiya müalicəsi hazırladıqlarını elan ediblər.

Yenisabah.az haberler.com-a istinadən xəbər verir ki, yeni metod hazırkı müalicə üsulları ilə müqayisədə xəstələrin həyat keyfiyyətində əhəmiyyətli irəliləyişləri təmin edir.

Bu müalicədə istifadə edilən inyeksiya, astma tutması zamanı və Xroniki Obstruktiv Ağciyər Xəstəliyində (KOAH) immun sisteminin bəzi hissələrinə təyziq göstərir. pizza sifarişi

Benralizumab adlı maddə hazırda ağır hallarda istifadə olunur, lakin son tədqiqat bu dərmanın astma tutmalarında rutin olaraq tətbiq edilə biləcəyini göstərir.

Kings College London-dan olan tədqiqatçılar bu dərmanın astma müalicəsində inqilabi rol oynaya biləcəyini bildiriblər.

Araşdırmada müəyyən edilib ki, bütün astma və KOAH tutmaları eyni şəkildə keçmir.

Maddə ağ qan hüceyrələrindən biri olan və iltihaba, həmçinin ağciyərlərdə zədələnməyə səbəb olan eozinofilləri hədəfə alır.

158 xəstə üzərində bu dərmanla araşdırma aparılıb.

Steroid istifadəsində 74% olan müalicə uğursuzluğu nisbəti yeni müalicədə 45%-ə enib.

Yeni metod tətbiq olunan xəstələrdə xəstəxanaya yerləşdirilmə və digər müalicələrə ehtiyac daha az olub, ölüm halları isə azalıb.//BAKU.WS 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!