Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? - AÇIQLAMA

Din

11 İyul 2024 19:53 18372


"Aşura günü paytaxtda fəaliyyət göstərən bütün ibadət evlərində (məscidlərdə) mərasimlər keçiriləcək".

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, ilahiyyatçı alim hacı Fuad Nurullayev deyib.

Toyuqlu pizza

O bildirib ki, regionların da əksəriyyətində Aşura mərasimi hər il keçirilir:

"Regionda yerləşən ibadət evlərində də sakinlər qaydalara uyğun olaraq Kərbəla şəhidlərinin əziz xatirəsini yad edəcəklər".

Qeyd edək ki, hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatıb, yeni 1446-cı ilin başlanğıcı - məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə təsadüf edib. Aşura günü isə iyul ayının 16-da olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!