YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Aşura nədir?

Aşura nədir?

Din

08 Avqust 2022 16:49 3682


Bu gün Azərbaycanda Aşura mərasimləri qeyd olunur.

Aşura günü şiə müsəlmanları üçün vacib festivaldır və Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Hüseynin Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd edilir.

Aşura, İslam təqviminə görə məhərrəm ayının 10-cu günündə keçirilir.

Yaxın Şərqdə sünni müsəlmanlar Aşura gününü qeyd edirlər

Bəzi ölkələrdə sünni müəlmanlar isə bu gündə Nuhun gəmisini tərk etdiyi gün kimi könüllü oruc tutur və onu Musa Peyğəmbərin Allah tərəfindən xilas olunduğu gün kimi qeyd edirlər.

Şiə müsəlmanları üçün Aşura 680-ci ildə Hüseynin hazırda İraqda yerləşən Kərbəla düzündə şəhid olduğu gündür.

Həmin gün onlar mərsiyə deyir və səhnələr nümayiş etdirilər.

Qara geyinmiş şiə qadın və kişilər küçələrdə yürüş edərək sinə döyür, şüarlar səsləndirilər.

Bəzi şiə kişilər Hüseynin əzablarını təqlid etmək üçün özlərini zəncirlə döyür və ya başlarını qan çıxanacan kəsirlər.

Bəzi şiə liderləri və qrupları qan çıxarmağın əleyhinədirlər və bildirilər ki, bu, şiə müsəlmanların geridəqalmış və mənfi imicini formalaşdırır. Bunun əvəzinə onlar insanları qan ianəsinə dəvət edirlər.

İslam təfriqələri

İmam Hüseynin qətli İslamın ikiyə parçalanmasına səbəb olub - sünni və şiələrə.

İslam dininin erkən tarixinə əsasən, şiələr Məhəmməd Peyğəmbərin kürəkəni və dördüncü xəlifə olan Əlini dəstəkləyən siyasi fraksiya olub.

Sünni və şiələr arasında ən böyük nifaq peyğəmbərin ölümündən sonra İmam Əlinin İslam icmasının lideri ola bilməməsindən sonra yaranıb.

Əli 661-ci ildə qətlə yetirilir və onun əsas rəqibi Muaviyə xəlifə olur.

Xəlifə Muaviyəni daha sonra oğlu Yezid əvəz edir, lakin Əlinin oğlu Hüseyn onun legitimliyini qəbul etməkdən imtina edir və bu, iki qüvvə arasında döyüşə gətirib çıxarır.

Hüseyn və onun tərəfdarları Kərbəla döyüşündə qətlə yetirilirlər.

Əli və Hüseynin ölümü şiə şəhidlik mərasiminin yaranmasına səbəb olur və onların fikrincə bu, ədalətsizlik və zülmə qarşı mübarizədir.

Hazırda şiələr dünyadakı müsəlmanların təxminən 15 faizini təşkil edirlər.

Azərbaycan da şiə müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdəndir.

BBC Azərbaycanca


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!