At kimi gözəl xanım - Aqil Abbas yazır 

saytların hazırlanması

Evə çatdırılma

At kimi gözəl xanım - Aqil Abbas yazır 

Yazar

17 Noyabr 2023 17:07 9394


Ötənlərdə İctimai Televiziyada futbolla bağlı bir müzakirə aparılırdı. İştirakçıların hamısı, məndən başqa, futbol mütəxəssisləri idi. Mənim də futbolla bağlı dərdlərimdən biri stadionlarımızın azarkeşsiz qalmasıdı. Bu barədə söhbət açdım və bu haqda da tez-tez yazıram. Aparıcı da Alidə Mustafayeva adlı gözəl bir xanım idi, üzümü xanıma tutub təxminən belə dedim: 

- Məsələn, sən get futbola, futbolçular görəcək ki, gözəl bir qız azarkeşlik edir, sənin gözəlliyinə baxıb daha şövqlə oynayacaqlar.

İndi dünən milli komandamız İsveç kimi güclü bir komandaya 3:0 hesabı ilə qalib gəldi. Özü də meydanda 10 nəfər qalmalarına baxmayaraq. Hakim də İctimai Televiziyanın aparıcısı kimi gözəl bir xanım idi. İndi dostlar hamısı mənə zəng edir və sosial şəbəkədə paylaşırlar ki, Aqil Abbasın dediyi oldu. Mən də gülürəm. Çox xoşdu. pizza hut

Amma deyə bilərsiniz ki, bundan əvvəlki oyunların birində də hakim xanım idi, amma millimiz uduzmuşdu. Yadımdadı, həmin hakim gözəl deyildi, amma bu dəfəki hakim həqiqətən at kimi gözəl bir xanım idi.

Deyə bilərsiniz ki, niyə ceyran kimi demirsən, at kimi deyirsən? Qarabağlılar, xüsusən də ağdamlılar atı çox sevərlər və gözəl bir xanım da görəndə deyərlər ki, "at kimi gözəldi".

Aqil Abbas 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!