Ata Abdullayevdən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Ata Abdullayevdən xəbər var

Kriminal

28 Noyabr 2025 16:58 14267


Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs edilən bloqer Ata Abdullayev azadlığa çıxmaq istəyir.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, vaxtından tez sərbəst buraxılmaq məqsədilə məhkəməyə müraciət edib.

Ata Abdullayev ərizəsində yazıb ki, təyin edilmiş həbs cəzasının 2/3 hissəsini çəkib, həmin müddətdə cəzaçəkmə müəssisəsində özünü nümunəvi aparıb. O, artıq islah edilmiş hesab edildiyindən qalan 2 il 5 aylıq cəzasını şərti çəkmək istədiyini qeyd edib. Dominos pizza

Məhkəmə Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb. Onun ərizəsi geri qaytarılıb.

Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!